BAKI, 16 avqust. TELEQRAF
Əgər avqustun 18-də Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar uğurla başa çatsa, onun Rusiya lederi Vladimir Putin ilə görüşü də təşkil olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Vaşinqtona, Oval Ofisə gələcək. Əgər görüş uğurla başa çatarsa, Rusiya Prezidenti Vladimir Putinlə də görüş təşkil ediləcək. Bu addım milyonlarla insanın həyatını xilas edə bilər",- o qeyd edib.