BAKI, 15 avqust. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) olan sabiq millət vəkili Əli Boğa Muğla bölgəsində yolu keçmək istəyərkən avtomobil onu vuraraq öldürüb.
Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 76 yaşlı sabiq deputat piyada keçidində vurulub.
Ə.Boğanın meyiti morqa aparılıb.
Qəza törədən sürücünün saxlanıldığı bildirilir.