BAKI, 8 avqust. TELEQRAF
Almaniya İsrailə Qəzzada istifadə edilə biləcək hərbi texnika və silahların ixracı üçün icazələrin verilməsini müvəqqəti dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.
Almaniya kansleri deyib ki, İsrail hökumətinin Qəzzada hərbi əməliyyatları sərtləşdirmək qərarı səbəbindən girovların azad olunması, atəşkəs və HƏMAS-ın silahsızlandırılması kimi məqsədlərin necə reallaşacağı aydın deyil.
"Buna görə də Almaniya hökuməti hazırda Qəzza zolağında istifadə oluna biləcək hərbi məhsulların ixracına icazə vermir", - o qeyd edib.