BAKI, 8 avqust. TELEQRAF

Almaniya rəhbərliyi ölkədə Rusiya mediası ilə bağlı qərar verib.

Teleqraf xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Almaniya hakimiyyəti Rusiyanın aparıcı KİV-lərinin ölkədə fəaliyyətini tam dayandırmaq niyyətindədir.

Qərar hələ rəsmi şəkildə açıqlanmasa da, artıq bu istiqamətdə addımlar atıldığı bildirilir.