BAKI, 4 avqust. TELEQRAF

Rusiyalı blogger Timur Zbarski saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı könüllülərdən biri paylaşıb.

Qeyd edək ki, blogerin saxlanma səbəbi kimi onun Tayland-Kamboca sərhədindəki hərbi əməliyyatları lentə alması göstərilir.

Bildirilir ki, Pattayada (Tayland) yaşayan rusiyalı bloger hazırda ölkə polisinin müvəqqəti saxlanma təcridxanasındadır və ölkədən deportasiya oluna bilər.