BAKI, 31 iyul. TELEQRAF

Suriya keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kasra rusiyalı həmkarı Andrey Belousovla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

***

16:55

Suriya keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kasra rəsmi səfərlə Rusiyaya gedib.

Teleqraf xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Bildirilir ki, səfər zamanı onun rusiyalı həmkarı Andrey Belousovla görüşü planlaşdırılıb.