BAKI, 28 iyul. TELEQRAF
"Rusiya ilə Ukrayna mövzusunda razılığa gəlmək üçün əvvəl müəyyən etdiyim 50 günlük müddəti azaldacağam".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O qeyd edib ki, Rusiya ilə Ukrayna mövzusunda razılaşma əldə etmək üçün əvvəl müəyyən etdiyi 50 günlük müddəti 10-12 günə endirəcək.
"Biz Rusiya Prezidenti Vladimir Putinlə bir neçə dəfə telefonla danışmışıq. O, Kiyev və digər şəhərlərə raket zərbələri endirərək çox sayda insanın ölməsinə səbəb olur. Mən bu vəziyyətdən çox narahatam. İyulun 28-dən etibarən yeni müddət olaraq 10-12 gün müəyyən edəcəyəm. Gözləməyin mənası yoxdur",- Birləşmiş Ştatlar lideri vurğulayıb.