BAKI, 24 iyul. TELEQRAF
Rusiya Bakı ilə münasibətlərin tezliklə normallaşacağına ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hazırda asan mərhələdə deyil.
"Rusiya bu gərginliyin uzun çəkməsini istəmir və münasibətlərin tezliklə normallaşacağına ümid edir. Azərbaycan tərəfindən saxlanılan Rusiya vətəndaşlarının azad olunması bu istiqamətdə önəmli addım olardı",- Zaxarova deyib.