BAKI, 17 iyul. TELEQRAF

Macarıstan Ukrayna ordusuna məcburi çağırışa görə məsul olan üç ukraynalı hərbçiyə qarşı sanksiya tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Brüsseldə biz üç yüksək rütbəli ukraynalı hərbçinin həmçinin Avropa İttifaqının sanksiya siyahısına salınmasını təklif etdik", - o qeyd edib.