BAKI, 17 iyul. TELEQRAF
Olqa Stefanişina Ukrayna Prezidentinin ABŞ ilə əməkdaşlığın inkişafı məsələləri üzrə xüsusi səlahiyyətli nümayəndəsi təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Volodimir Zelenski "X" hesabında paylaşım edib.
Prezident bildirib ki, Olqa Stefanişina ABŞ ilə münasibətlərin inkişafını davam etdirmək üçün bu vəzifədə çalışacaq.
"Eyni zamanda, onun ABŞ-yə səfir kimi namizədliyi ilə bağlı rəsmi prosedurlar da davam edir",- o qeyd edib.
Xatırladaq ki, Stefanişina bundan əvvəl Baş nazirin avrointeqrasiya məsələləri üzrə müavini və ədliyyə naziri olub.