BAKI, 9 iyul. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin Kiyevə silah tədarükünü bərpa etməsinin Ukrayna münaqişəsinin diplomatik yolla həllinə kömək etməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.
M. Zaxarova əlavə edib ki, belə addımların nəticələrinin qiymətləndirilməsi hələ qabaqdadır, ancaq silah tədarükünün davam etdirilməsi münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 3-də Vaşinqtonun Kiyevə hərbi yardımı davam etdirəcəyini bildirmişdi.