BAKI, 9 iyul. TELEQRAF

Ermənistan Baş nazir Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib.

Teleqraf xəbər verir ki, Əbu-Dabi beynəlxalq hava limanında Ermənistanın Baş nazirini BƏƏ Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan qarşılayıb.

***

12:19

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə yola düşəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd olunub ki, Baş nazirin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşü planlaşdırılır.

Xatırladaq ki, sabah Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.