BAKI, 7 iyul. TELEQRAF

Türkiyə kəşfiyyatının (MİT) rəhbəri İbrahim Kalının sabah Bağdada səfəri gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə " TRT - HABER" məlumat yayıb.

Qeyd edək ki, dünən İraqın şimalında mağarada axtarış tədbirləri zamanı 19 türk hərbçisi zəhərlənib və şəhid olan hərbçilərin sayı 8-ə çatıb.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.