BAKI, 7 iyul. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin nəqliyyat naziri vəzifəsinin müvəqqəti icrasını Andrey Nikitinə tapşırılması barədə fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə sənəd Rusiya hüquqi informasiya portalında dərc olunub.
Qeyd edək ki, Andrey Nikitin fevral ayından nazir müavini kimi çalışırdı.
Daha əvvəl, 2017-ci ildən 2022-ci ilə qədər o, Novqorod vilayətinin qubernatoru olub.
***
10:28
Rusiya Prezidenti Vladimir Putin imzaladığı fərmanla ölkənin nəqliyyat naziri Roman Starovoytu tutduğu vəzifədən azad edib.
Teleqraf xəbər verir ki, bu barədə sənəd Rusiya hüquqi informasiya portalında dərc olunub.
Fərmanda qeyd olunur: “Rusiyanın nəqliyyat naziri vəzifəsində çalışan Roman Vladimiroviç Starovoyt vəzifəsindən azad edilsin".
Xatırladaq ki, Roman Starovoyt bu vəzifəyə 2024-cü ilin mayında təyin olunmuşdu.