BAKI, 30 iyun. TELEQRAF
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətini rəsmi olaraq daha 6 ay uzadıb.
Teleqraf xəbər verir ki, bu qərar iyunun 26-da Brüsseldə keçirilən sammitdə qəbul edilib.
Avropa İttifaqı Şurasının yaydığı açıqlamada bildirilib ki, sanksiyaların müddəti 2026-cı il yanvarın 31-dək uzadılıb.
Qeyd edək ki, Aİ ilk iqtisadi sanksiyaları Rusiyaya qarşı 2014-cü ilin iyul ayında tətbiq edib.
Həmin vaxtdan etibarən məhdudiyyətlər hər 6 aydan bir yenilənir və uzadılır.