​BAKI, 27 iyun. TELEQRAF

Konqo Demokratik Respublikası (DR) və Ruanda arasında sülh sazişi imzalanıb.

Teleqraf xəbər verir ki, Vaşinqtonda keçirilən rəsmi imzalanma mərasimi ABŞ Dövlət Departamentinin “YouTube” kanalında canlı yayımlanıb.

ABŞ Dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən tədbirdə sənədi Konqo DR-nin xarici işlər naziri Tereza Kayivamba və Ruandanın XİN rəhbəri Olivye Nduhungirehe imzayıblar.

Bildirilir ki, ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş saziş Konqo DR-nin şərqində aparılan hərbi əməliyyatların dayandırılmasına yönəlib və iki ölkə arasında daha sıx iqtisadi əməkdaşlıq üçün yol açır.