BAKI, 23 iyun. TELEQRAF

Ankara İsrail və onun tərəfdarlarının İrana qarşı hücumlarının daha böyük fəlakətə çevrilməməsi üçün fəal şəkildə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz qonşumuz İranın hədəf alındığı bu hücumların daha geniş və dağıdıcı bir fəlakətə çevrilməməsi üçün bütün imkanlarımızı səfərbər etmişik. İrana qarşı hücumlar qəbuledilməzdir”, – o qeyd edib.