
BAKI, 23 iyun. TELEQRAF
İran ABŞ Prezidenti Donald Trampa hərbi hücum halında Amerika ərazisində "yatmış hücrələri" oyatmağa hazır olduğu barədə xəbərdarlıq göndərib.
Teleqraf xəbər verir ki, bu barədə “NBC News” iki ABŞ rəsmisinə və məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Bu mənbələrin məlumatına görə, Tehrandan gələn ismarış Trampa Kanadada keçirilən G7 sammiti zamanı çatdırılıb.
Nə Ağ Ev, nə də İranın BMT-dəki daimi nümayəndəliyi vəziyyəti şərh etmək istəməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı mümkün tədbirləri nəzərdən keçirmək üçün G7 sammitini erkən tərk etmişdi.