
BAKI, 20 iyun. TELEQRAF
"Moskva Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya cəhdlərindən narahatdır".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, bu proses gələcəkdə Ermənistanın hava məkanının Rusiya üçün bağlanması ilə nəticələnə bilər.
"Rusiyanın hazırda Avropa İttifaqı ilə hava əlaqəsi yoxdur. Avropa İttifaqının hava məkanı Rusiya təyyarələrinin uçuşu üçün bağlıdır. Ermənistan da səmasını bağlayacaq? Əgər Avropa İttifaqına daxil olacaqsa, bəli. Çünki Brüsseldə sizdən tələb olunacaq ki, hava məkanını bağlayın və sizin də seçiminiz olmayacaq", - o qeyd edib.