BAKI, 19 iyun. TELEQRAF

Yeni Zelandiya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Yeni Zelandiya xarici işlər naziri Uinston Peters bildirib.

Onun sözlərinə görə, bu dəfə sanksiya siyahısına Rusiya və digər ölkələrdən olan ümumilikdə 18 fiziki və hüquqi şəxs, eləcə də Rusiya ilə əlaqəli olduğu iddia edilən 27 gəmi daxil edilib.

“Bu sanksiyalar Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəsi olan şəxslərə və təşkilatlara, həmçinin Şimali Koreya, İran və Belarusdan olan dəstəkçilərə qarşı yönəlib",- o vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin mart ayından bəri Yeni Zelandiya Rusiyaya qarşı 1800-dən çox şəxs, təşkilat və gəmini əhatə edən sanksiyalar tətbiq edib, eyni zamanda bir sıra ticarət məhdudiyyətləri də qüvvəyə minib.