
BAKI, 16 iyun. TELEQRAF
İsrail və İran arasında atəşkəsin olacağına ümid edirəm, amma bəzən məsələni döyüşməklə həll etmək lazım gəlir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kanadada keçiriləcək G7 sammitinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Ümid edirəm ki, İsrail və İran arasında razılaşma əldə olunacaq. Düşünürəm ki, razılaşma üçün vaxt gəlib çatıb. Amma bəzən məsələni döyüşməklə həll etmək lazım gəlir. Görək nə olacaq. Düşünürəm ki, razılaşmanın əldə olunması üçün bütün şanslar var", - o deyib.
Kanadada keçiriləcək G7 sammitinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, ABŞ İsraili dəstəkləməyə davam edəcək. Bununla belə, o, müttəfiqindən İrana qarşı zərbələri dayandırmağı istəyib-istəmədiyini açıqlamayıb.
"Biz çox yaxşı yola gedirik və düşünürəm ki, bir-birimizə böyük hörmətimiz var", - Tramp İsrailin Baş naziri Binyamin Netanyahu və İran haqqında danışarkən söyləyib.