BAKI, 14 iyun. TELEQRAF
İyunun 15-nə planlaşdırılan İran-ABŞ danışıqları baş tutmayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Tehran və Vaşinqton arasında vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busəidi məlumat verib.
Onun sözlərinə görə, İran və ABŞ nümayəndə heyətləri arasında nüvə dosyesi üzrə iyunun 15-də Maskatda keçirilməsi planlaşdırılan danışıqların yeni raundu baş tutmayacaq.