BAKI, 13 iyun. TELEQRAF

İranın ali dini lideri Seyid Əli Xamenei Silahlı Qüvvələrin Baş Qərargahına müvəqqəti rəis təyin edib.

Teleqraf xəbər verir ki, mərhum M.Baqerini bu postda Həbibulla Səyyari əvəzləyəcək.

***

08.22

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, az əvvəl İRNA bu xəbəri təkzib etmişdi.

***

04.54

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri İsrailin hava qüvvələrinin Tehrandakı hündürmərtəbəli binalara endirdiyi zərbə nəticəsində həlak ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, hava hücumunun əsas hədəfi də elə o olub.