BAKI, 9 iyun. TELEQRAF
Ukrayna ilə növbəti danışıqlar raundunun keçirilməsi ilə bağlı hələlik konkret razılıq yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bununla belə, o qeyd edib ki, qarşı tərəflə dialoqun davam etdirilməsi zəruridir.