BAKI, 7 iyun. TELEQRAF
Fransa humanitar yardımın Qəzzaya daxil olmasına mane olan ölkə vətəndaşlarını "soyqırımına şərik olmaqda" ittiham edir.
Teleqraf xəbər verir ki, Fransa Qəzzaya yardımı əngəlləyənlərə cinayət işi açıb.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, Fransa Milli Terrorla Mübarizə İdarəsi 2024-cü ilin yanvar-may aylarında İsrailin hücumlarını davam etdirdiyi Qəzzaya humanitar yardımların daxil olmasına mane olmağa çalışan Fransa vətəndaşları haqqında istintaq başladıb.