BAKI, 7 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maskın narkotikin təsiri altında onunla münaqişəyə girmək qərarına gəldiyini istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika lideri köməkçiləri ilə söhbətində Maskın davranışını “dəlilik” adlandırıb və bunu narkotiklə əlaqələndirib.

Tramp daha əvvəl bəyan etmişdi ki, Maskın qadağan olunmuş maddələrdən istifadə etməsi ilə bağlı mətbuatda çıxan məlumatlar onu narahat etmir.

“The New York Times” yazıb ki, Musk Trampın seçki kampaniyası zamanı müxtəlif narkotik maddələrdən istifadə edib.