BAKI, 5 iyun. TELEQRAF
"Ukrayna tərəfindən Rusiyanın mülki qatarlarına etdiyi hücumlar dövlət terrorizmidir".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu hücumlar sivil insanlara qarşı yönəlmiş cinayətlərdir və beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.