BAKI, 4 iyun. TELEQRAF
Rusiya və Ukrayna arasında İstanbulda əldə olunan razılaşmalara əsasən, həlak olmuş şəxslərin cəsədlərinin qarşılıqlı təhvil verilməsi prosesi yaxın günlərdə başlanacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, tərəflər arasında bu məsələ ilə bağlı texniki və humanitar mexanizmlər artıq razılaşdırılıb və icra mərhələsinə keçilir.