BAKI, 4 iyun. TELEQRAF

Krım körpüsünün yaxınlığında partlayış olub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində heç bir dağıntı qeydə alınmayıb.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidməti bundan əvvəl Krım körpüsünün dayaqlarının partladıldığını açıqlayıb. Əməliyyata hazırlığın bir neçə ay davam etdiyi bildirilir. Məlumata görə, xidmətin agentləri Rusiya tərəfindən qanunsuz tikilmiş estakadanın dayaqlarını minalayıblar.

Nəticədə iyunun 3-də dinc əhali arasında itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb.

Estakadaların sualtı dayaqları ciddi şəkildə zədələnib, buna 1100 kiloqramlıq partlayıcı maddənin partlaması səbəb olub.

Körpünün qəzalı vəziyyətdə olduğu vurğulanıb.