BAKI, 4 iyun. TELEQRAF

Rusiya və Ukrayna arasında aparılan danışıqlarda iştirak edən nümayəndə heyətləri qarşılıqlı şəkildə təqdim etdikləri sülh təkliflərini yəni memorandum layihələrini əvvəlcə diqqətlə araşdırmalıdırlar.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, yalnız bundan sonra növbəti danışıqlar raundunun vaxtı razılaşdırılacaq.

"Aydındır ki, tərəflərin bir-birinə təqdim etdiyi memorandum layihələrinin nəzərdən keçirilməsi üçün müəyyən vaxt lazım olacaq. Tərəflər hazır olduqca, növbəti danışıqlar raundunun tarixlərini razılaşdıracaqlar", – o qeyd edib.