BAKI, 4 iyun. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası, Latviya və Liberiyanı ikiillik müddətə BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv seçib.

Teleqraf “Reuters”ə istinadən xəbər verir ki, sözügedən ölkələrin TŞ-yə üzvlüyü 1 yanvar 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, Təhlükəsizlik Şurası sanksiyaların tətbiqi və güc tətbiqinə icazə verilməsi kimi hüquqi cəhətdən məcburi qərarlar qəbul edə bilən yeganə BMT orqanıdır. Onun veto hüququna malik beş daimi üzvü var. Bunlar Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Çin, Fransa, Rusiyadır. Qalan 10 üzv isə Təhlükəsizlik Şurasına seçki yolu ilə qəbul edilir. Hər il onlara beş yeni üzv qoşulur. Alternativsiz seçilən Bəhreyn, Kolumbiya, Konqo Demokratik Respublikası, Latviya və Liberiya Əlcəzair, Sierra-Leone, Cənubi Koreya, Qayana və Sloveniyanı əvəz edəcək.