BAKI, 1 iyun. TELEQRAF
Ağ Ev Ukrayna dronlarının Rusiya regionlarına bugünkü hücumu barədə əvvəlcədən məlumatlandırılmayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “CBS News” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Ağ Evin sözçüləri jurnalistlərə hücumu şərh etməkdən imtina ediblər. Eyni zamanda, nəşrin rəhbər dairələrdəki mənbələri bildiriblər ki, Ağ Ev gözlənilən dron hücumu barədə məlumatlı olmayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin “Axios” nəşri adı açıqlanmayan Ukrayna rəsmisinə istinadən məlumat yayaraq, Rusiya aviabazalarına PUA-larla hücumlar barədə Donald Tramp administrasiyasının əvvəlcədən məlumatlandırdığını açıqlamışdı. Əməliyyatın Ukrayna təhlükəsizlik xidməti tərəfindən həyata keçirildiyi və bir ildən çoxdur planlaşdırıldığı bildirilirdi. Lakin sonradan nəşr məqaləyə düzəliş edərək Ukraynanın ABŞ liderini gözlənilən hücum barədə xəbərdar etmədiyini məlumat vermişdi.