BAKI, 30 may. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Lavrov və Fidan iyunun 2-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna arasında birbaşa ikitərəfli danışıqların növbəti mərhələsinə hazırlıq məsələlərini müzakirə ediblər.