BAKI, 30 may. TELEQRAF

"Ukrayna bu il müharibəyə son qoymaq üçün Rusiya ilə İstanbulda aparılan danışıqların davam etdirilməsində maraqlıdır".

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin müavini Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidanla Kiyevdə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz istəyirik ki, İstanbulda keçirilən danışıqlar davam etsin”, – o qeyd edib.

O əlavə edib ki, Ukrayna tərəfi atəşkəs və münaqişənin siyasi həlli ilə bağlı öz təkliflərini əks etdirən rəsmi sənədi Rusiya tərəfinə təqdim edəcək.

Sibiqa vurğulayıb ki, Ukrayna diplomatik həll yollarına açıqdır və danışıqların davamı üçün siyasi iradənin vacib olduğunu düşünür.