BAKI, 30 may. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna münaqişəsinin 2025-ci il ərzində sülh yolu ilə həll olunacağına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, ukraynalı həmkarı Andrey Sibiqa ilə Kiyevdə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Ya bu müharibənin davam etməsinə icazə verəcəyik, ya da bu il ərzində davamlı sülhə nail olacağıq”, – o qeyd edib.