BAKI, 26 may. TELEQRAF

Almaniya hüquqi statusu olan qaçqınların ailəsinin birgə yaşayış üçün ölkəyə gəlişini qadağan edən qanun layihəsini nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri yazır.

Qanun qəbul olunarsa, hakimiyyət iki il müddətinə qaçqınların ailələrinə qovuşmasını qadağan edəcək.

Nəşr yazır: "Subsidiar müdafiəsi olan şəxslərin ailəsi ilə qovuşması prosesi dayandırılıb. İndiyədək bu proqram çərçivəsində ayda minə qədər insan Almaniyaya gedə bilərdi. Daha belə olmayacaq".

O da qeyd olunub ki, "qaçqın" dedikdə söhbət ölkəsini tərk etmək məcburiyyətində qalan şəxslərdən gedir.