BAKI, 24 may. TELEQRAF

Rusiya Dövlət Duması miqrantların birdən artıq telefon nömrəsinə sahib olmağı qadağan edən qanun layihəsi hazırlayıb.

Teleqraf xəbər verir ki, layihə dumanın Sosial siyasət və veteranların işləri üzrə komitəsində müzakirə olunub.

Komitə sədri Yaroslav Nilov qeyd edib ki, miqrantların qohumları və işəgötürənləri ilə əlaqə saxlaması üçün bir nömrə kifayətdir.

Yaroslav Nilov bu addımı milli təhlükəsizliyin təmin edilməsi və saxtakarlıqla mübarizə kimi izah edib.

"Bu qanun layihəsinin qəbulu bizə müasir çağırışlara və təhdidlərə effektiv cavab verməyə, xarici vətəndaşların kommunikasiyalarına nəzarəti təmin etməyə imkan verəcək", - deyə sənəddə deyilir