BAKI, 23 may. TELEQRAF

İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq məqsədilə yeni danışıqlar raundu keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, tərəflər artıq növbəti görüşlər üçün mövqelərini dəqiqləşdirirlər və qarşıdakı bir-iki danışıq raundunda müsbət nəticələr əldə olunacağına ümid var.

“Tərəflər razılaşıblar ki, öz mövqelərini dəqiqləşdirsinlər və daha sonra yeni danışıqlar mərhələsi təşkil olunsun. Ümid edirəm ki, növbəti bir və ya iki görüşdə danışıqları irəli aparacaq razılaşmalar əldə edə biləcəyik”,- o qeyd edib.