BAKI, 21 may. TELEQRAF

Rusiya Ukrayna ilə “minə qarşı min” formula ilə hərbçilərin mübadiləsi haqqında İstanbulda əldə olunan razılaşmanın icrası üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qeyd edib ki, müvafiq işlər İstanbulda əldə olunan razılaşmalar əsasında həyata keçirilir.