BAKI, 21 may. TELEQRAF

ABŞ, kosmosda tutucu sistemlərin yerləşdirilməsini də nəzərdə tutan "Qızıl Qübbə" (“Golden Dome”) raketdən müdafiə sisteminin arxitekturasını müəyyən edib.

Teleqraf xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Ağ Evdə Pentaqon rəhbəri Pit Heqset ilə birlikdə Qızıl Qübbə sisteminin yaradılması üçün vəsaitin ayrılması ilə bağlı çıxış edərkən bildirib.

"Məmnuniyyətlə bildirirəm ki, biz rəsmi olaraq bu qabaqcıl sistemin arxitekturasını müəyyənləşdirmişik. Sistem çərçivəsində quruda, dənizdə və kosmosda növbəti nəsil texnologiyalar, o cümlədən kosmosda yerləşdirilmiş sensorlar və tutucular tətbiq olunacaq", - ABŞ lideri deyib.