BAKI, 19 may. TELEQRAF

"Bu gün mən ABŞ Prezidenti Donald Trampla iki dəfə danışdım. Əvvəlcə Rusiya rəhbəri ilə söhbəti üçün ona ayrıca zəng etdik, sonra isə prezident Trampla birgə Avropa liderləri Emmanuel Makron, Corc Meloni, Fridrix Mers, Aleksandr Stubb, Ursula fon der Leyenlə danışdıq".

Teleqraf xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında belə yazıb.

O qeyd edib: "İndi həlledici məqamdır. İndi dünya görür ki, onun liderləri müharibənin bitməsini və həqiqi, davamlı sülhün bərqərar olmasını təmin etmək gücünə malikdirlər".

İkitərəfli söhbət zamanı Ukrayna lideri amerikalı həmkarına bildirib ki, Ukrayna tam və qeyd-şərtsiz atəşkəsə hazırıq: "Bu cümləni qarışdırmamaq vacibdir. Əgər ruslar qətlləri dayandırmağa hazır deyillərsə, sanksiyalar sərtləşdirilməlidir".

V.Zelenski onu da bildirib ki, birbaşa danışıqlar üçün "Türkiyə, Vatikan, İsveçrə - bütün mümkün məkanları" nəzərdən keçirirlər: "Ukraynanı buna razı salmaq lazım deyil və bizim nümayəndələrimiz danışıqlar zamanı real qərarlar qəbul etməyə hazırdırlar. Biz üçün Rusiyanın özünün belə məhsuldar danışıqlara güzgü kimi hazır olmasını təmin etmək vacibdir".

Ukrayna Prezidenti Avropa liderləri ilə mümkün gələcək addımları və pespektiləri müzakirə ediblər: "Danışıqlar masasına qoyulan hər təklif ədalətlə nəzərdən keçirilməlidir, buna görə də Amerika və Avropa nümayəndələri danışıqlar prosesində müəyyən səviyyədə iştirak etməlidirlər. Hamımız üçün çox vacibdir ki, ABŞ danışıqlardan və münaqişənin sülh yolu ilə həllindən uzaq durmasın, çünki bunda yeganə maraqlı olan Putindir. Bu yanaşmanı dəstəklədikləri üçün hamıya təşəkkür edirəm... Əgər Rusiya qətlləri dayandırmasa, əsirləri və girovları azad etməsə və Putin mümkün olmayan şərtlər irəli sürsə, bu o deməkdir ki, Rusiya müharibəni uzatmağa davam edəcək. Avropa, Amerika və bütün dünya buna uyğun davranmalı, xüsusən də əlavə sanksiyalarla cavab verməlidir. Rusiya özü başladığı müharibəni bitirməlidir".

***
22.46

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ rəhbəri Donald Trampla Rusiya lideri Vladimir Putinin telefon danışığını şərh edib.

Telerqaf xəbər verir ki, V.Zelenski Ukraynanın öz ərazisindən qoşunları çıxarmayacağını deyib.

Ukrayna rəhbəri onu da qeyd edib ki, Rusiyanın ultimatumlarına boyun əyməyə hazırlaşmır.

Rəsmi Kiyevin başçısı deyib: "Mən Trampdan Ukrayna ilə bağlı hər hansı qərarın Ukraynasız qəbul etməməsini xahiş etmişəm".