BAKI, 19 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Mertz, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Corcia Meloni Ağ Ev rəhbərinin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı ərəfəsində müzakirələr aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə “The Financial Times” nəşri məlumat yayıb.
"Prezident Trampın Prezident Putinlə telefon danışığı ərəfəsində liderlər şərtsiz atəşkəsin zəruriliyini və Prezident Putin tərəfindən sülh danışıqlarına ciddi yanaşmanın vacibliyini müzakirə ediblər", - Böyük Britaniyanın Baş naziri Kir Starmerin mətbuat katibinin açıqlamasında deyilir.