
BAKI, 18 may. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Albaniyanın paytaxtı Tiranada ikinci dəfə naqolay duruma düşüb.
Teleqraf xəbər verir ki, Ərdoğanla bağlı insidentdən sonra onun ikinci videosu yayılıb.
Sosial şəbəkələrdə Albaniyanın Baş naziri Edi Ramanın onun əlindən tutub gəzdirməsi xeyli söz-söhbətə səbəb olub.
Jurnalistlər də bu müəmmalı davranışa diqqət çəkiblər. Onlardan biri qeyd edib: "Son zamanlar Makronun əlinə bütün xəbərlərdə rast gəlmək olur".