BAKI,16 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski və dörd Avropa ölkəsinin rəhbəri Türkiyədə başa çatan danışıqlardan sonra ABŞ Prezidenti Donald Trampa zəng ediblər.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Telefon danışığında Zelenskidən başqa Fransa Prezidenti Makron, Almaniya kansleri Merts, Böyük Britaniya Baş naziri Starmer və Polşa Prezidenti Tusk iştirak edib.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna arasında görüş keçirilib.