BAKI, 15 may. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə yola düşüb.

Teleqraf Unian.net-ə istinadən xəbər verir ki, İstanbula uçan təyyarədə Ukrayna nümayəndə heyətinin tərkibində yer alan digər hökumət nümayəndələri də var.

Prezident Aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov və Zelenskinin diplomatik müşaviri İqor Jovkva nümayndə heyətində təmsil olunurlar. Xarici işlər naziri Andriy Sibiqa isə artıq İstanbuldadır.

Qeyd olunur ki, Volodimir Zelenski Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla da görüşməyi planlaşdırır.