BAKI, 12 may. TELEQRAF
Rusiya və Ukrayna arasında birbaşa danışıqlar atəşkəsin bərpa olunması üçün vacibdir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Atəşkəsə gedən yolu tapmaq üçün birbaşa danışıqlar aparmaq vacibdir”,- o qeyd edib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin mayın 15-də İstanbulda rusiyalı həmkarı Vladimir Putinlə görüş təklifini şərh edən Peskovun sözlərinə görə, Kreml rəhbəri artıq danışıqların bərpası ilə bağlı öz mövqeyini bəyan edib:
“Prezident Putin aydın və birmənalı şəkildə Ukrayna ilə ilkin şərt olmadan danışıqların bərpası mövqeyini nümayiş etdirdi”.