BAKI, 6 may. TELEQRAF
Rusiya lideri Vladimir Putinin may ayında atəşkəs elan olunması ilə bağlı təşəbbüsü hələ də qüvvədədir və aktuallığını saxlayır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
Peskov qeyd edib ki, Ukrayna tərəfinin hələlik bu təşəbbüsə rəsmi cavab verməməsinə baxmayaraq, atəşkəslə bağlı təklif qüvvədə qalır.
“Putinin təşəbbüsü aktuallığını qoruyur. Təəssüf ki, hələlik Kiyev tərəfindən heç bir reaksiya yoxdur”, - Peskov vurğulayıb.
Qeyd edək ki, Prezident Vladimir Putin Qələbə günü münasibətiylə mayın 8-dən 11-dək müvəqqəti atəşkəs elan olunması ilə bağlı təşəbbüs irəli sürüb.