BAKI, 2 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün büdcə layihəsində BMT strukturlarına, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına (ÜST), UNESCO-nun büdcəsinə könüllü ianələrin dayandırılmasını təklif edib.

Teleqraf “RİA Novosti” istinadən xəbər verir ki, bu Ağ Evin büdcə layihəsi ilə bağlı bəyanatda öz əksini tapıb.

“Büdcə BMT, UNESCO və ÜST-nin müntəzəm büdcəsi də daxil olmaqla, BMT-yə və digər beynəlxalq təşkilatlara edilən könüllü ianələri dayandırır”, - bəyanatda deyilir.