BAKI, 30 aprel. TELEQRAF

"Rusiya Prezidenti Vladimir Putin Ukraynada bütün hədəflərə çatmağı prioritet hesab edir, lakin bu sülh yol ilə də mümkündür".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov bildirib ki, V.Putin Ukraynada məqsədlərə çatmağı əsas hədəf olaraq müəyyən edib və Rusiya öz milli maraqlarını təmin etməlidir:

“Proses davam edir. Prezident Ukraynada hərbi əməliyyatlar başladan zaman müəyyən etdiyi məqsədlərə çatmaq istəyir. Biz öz milli maraqlarımızı təmin etməliyik. Bu məqsədlərə sülh yolu ilə çatmaq daha üstün olarmı? Bəli”, – Peskov vurğulayıb.