BAKI, 30 aprel. TELEQRAF

"Moskva Kiyev ilə heç bir ilkin şərt olmadan birbaşa danışıqlara hazırdır".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Putin Ukrayna ilə ilkin şərtlərsiz birbaşa danışıqlara hazır olduğunu təsdiqləyib. Bu mövqe hələ də qüvvədədir”, – o qeyd edib.

Kreml nümayəndəsi əlavə edib ki, hazırkı mərhələdə Ukrayna tərəfindən bu təklifə dair heç bir cavab və ya rəsmi mövqe səsləndirilməyib: “Təəssüf ki, biz hələ Kiyevdən heç bir açıqlama və ya münasibət eşitməmişik. Ona görə də Ukraynanın bu danışıqlara hazır olub-olmadığını bilmirik”.